Bakıda keçirilən boks üzrə Dünya Olimpiya Təsnifat Turnirinə bu gün yekun vurulub. Sportnet.az-ın məlumatına görə, 2 çəki dərəcəsində həlledici döyüşə vəsiqə qazanan Azərbaycan boksçuları Rüfət Hüseynovla Teymur Məmmədov döyüşə çıxmadan çempion olublar.
Belə ki, 49 kq çəkidə çıxış edən Hüseynovun rəqibi ispaniyalı Samuel Karmona finala çıxmağı lazım bilməyib. 81 kq çəkidə mübarizə aparan Məmmədovun bu dəfə rəqibi almaniyalı Serge Mixel həlledici döyüşdən imtina edi. Bununla da Teymur son 2 görüşü keçrimədən həm "Rio-2016"ya lisenziya qazanıb, həm də çempion olub.