AVRO-2016 turnirin tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, hazırda Fransada keçirilən final mərhələsi 1960-cı ildən keçirilən bu yarışda ən məhsuldar olub.
Bu, İngiltərə yığmasının kapitanı Ueyn Runinin İslandiya hazırda davam edən 1/8 final matçında penaltidən vurduğu qolla gerçəkləşib. Bu, hazırkı final mərhələsində 86-cı qol olub. Sonradan islandların 2 dəfə fərqləndiyini nəzərə alsaq, artıq 88 qol qeydə alınıb.
Məhsuldarlıqla bağlı son rekord AVRO-2000-də olub.
Cari final mərhələsində məhsuldarlığın olacağı gözləniən idi. Çünki ən çox iştirakçı - 24 yığma ilk dəfə məhz AVRO-2016-da çıxış edir. Halbuki, 1960-1976-cı illərdə final mərhələsində 4, 1980-1992-ci illərdə 8, 1996-2012-ci illərdə 16 iştirakçı olub. Bununla da bir final mərhələsində ən çox 21 oyun keçirilmişdi. İngiltərə - İslandiya artıq 44-cü matçdır.
Qeyd edək ki, Runi İngiltərə yığmasında Avropa çempionatında 3 final çmərhələsində qol vuran ilk futbolçu olub. 31 yaşlı hücumçu daha öncə AVRO-2004 və AVRO-2012-ci illərdə fərqlənib.