AVRO-2016-nın yarımfinal iştirakçılarından bu turnirdə ən çox bu mərhələyə yüksələn Almaniya yığmasıdır. Sportnet.az-ın məlumatına görə, Bundestim 9-cu dəfə 1/2 finalda çıxış edəcək.
Özü də almanlar əvvəlki 8 cəhdində mütləq qitə birinciliyinin mükafatçısı olub. Bu, 3 dəfə çempionluq, (1972, 1989, 1886), 3 dəfə gümüş (1976, 1992, 2008) və 2 dəfə bürünc (1988, 2012) medaldır. Almaniya yığması İspaniya millisi ilə birgə turniri ən çox qazanandır. Ancaq ümumi mükafatların sayına baxsaq, almanlar 8 medalla vahid liderdir. Bundestim eyni zamanda Avropa çempionatının final mərhələsində ən çox iştirak edən yığmadır – 12 dəfə. Məlum olduğu kimi, AVRO-2016 yubiley – 15-ci çempionatdır və Almaniya yalnız 3 dəfə final mərhələsinə düşməyib.
Fransa ilə Portuqaliya milliləri 5-ci dəfə yarımfinala yüksəlib. Fərq ondadır ki, fransızlar 2 dəfə - 1984 və 2000-ci illərdə qitə çempionu adına yiyələnibsə, portuqaliyalılarda isə titul yoxdur. Yeri gəlmişkən, Fransa millsiinin 16 ildən bir çempion olmaıs diqəqt şəkir. Yən bu tendensiya davam edərsə, hazırkı çempionatın qalibi məhz onlar olacaq. Fransanın hesabında 1996-cı ildə 3-cü, 1960-cı ildə 4-cü yer var. Portuqaliya 2004-cü ildə vətənində keçirilən final mərhələsinin gümüş medalçısı olması ilə öyünə bilər. Bu yığmanın aktivində 1984, 2000 və 2012-ci illərin bürünc medalları da var.
Uels yığması final mərhələsinin debütantı olduğundan, təbii ki, ilk dəfə yarımfinalda çıxış edəcək. Uelslilər son 24 ildə debütant kimi Avropa çempionatının yarımfinalınadək irəliləyən ilk komandadır. Sonuncu dəfə buna İsveş yığması 1992-ci ildə özündə təşkil etdiyi turnirdə nail olub.
Onu da bildirək ki, hər iki yarımfinal cütündə ilk qarşılaşma olacaq. Yəni həm Uelslə Portuqaliya, həm də Almaniya ilə Fransa turnirdə bu mərhələdə görüşməyib. Hərçənd, ikinci yarımfinal iştirakçıları dəfələrlə böyük turnirlərdə rəqib olsalar da, bu, qitə birinciliyində heç vaxt yarımfinalda olmayıb.