1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA SOCAR mükafatının sahibini açıqladı
Portuqaliya milli komandasının yarımmüdafiəçisi Renatu Santeş 2016-cı il Avropa çempionatının ən yaxşı gənc futbolçusu sayılıb. Sportnet.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Santeş SOCAR-ın təsis etdiyi müvafiq mükafata layiq görülüb. Mükafatı futbolçuya SOCAR prezidenti Rövnəq Abdullayev təqdim edib.
O, Avropa çempionatlarının final oyunlarının ən gənc iştirakçısı olub. Fransa ilə həlledici qarşılaşmaya portuqaliyalı istedad 18 yaş 327 günündə ikən çıxıb. Əvvəlki nailiyyət Kriştianu Ronalduya (AVRO-2004, 19 yaş 150 gün) məxsus olub. Siyahıda 3-cü yeri isə keçmiş SSRİ yığmasının hücumçusu Anatoli Baydaçnı (AVRO-1972, 19 yaş 261 gün) tutur. Beləliklə, Santeş tarixdə Avropa çempionu titulunun ən gənc sahibinə çevrilib.
SOCAR mükafatı 1994-cü ilin yanvarın 1-dən sonra dünyaya gələnlərə şamil olunur və UEFA-nın texniki direktoru Yoan Lupeskunun rəhbərlik etdiyi texniki nəzarətçilər, eləcə də Aleks Ferqyuson və Alen Jiress tərəfindən seçilir.
Qeyd edək ki, Portuqaliya millisi finalda Fransaya əlavə vaxtda vurduğu qolla qalib gəlib - 1:0.