1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" və Almeydadan ÇL-də bir ilk
"Qarabağ" Çempionlar Liqasında ilk dubla imza atıb. Sportnet.az-ın məlumatına görə, komandadan ilk dəfə bir oyunda iki qol vuran futbolçu Riçard Almeyda olub.
Braziliyalı yarımmüdafiəçi turnirin II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubu ilə hazırda davam edən oyunda ilk hissədə 27 dəqiqə ərzində penalti və oyun epizodundan fərqlənib.
Almeyda eyni zamanda qiutənin nüfuzlu klub turnirində qol hesabını açıb. O, bunadək Avropa Liqasında fərqlənmişdi.
Klublarımızdan ÇL-də ən son dublu da Respublika stadionunda Almeyda soyadlı braziliyalı futbolçu edib. Bu, 2009-cu ildə "Bakı"nın heyətində Litvanın "Ekranas" klubuna 2 qol vuran hücumçu Feliks Felipe Almeydadır. Fərq ondadır ki, Feliks ikincin hissədə fərlqənib.
Xatırladaq ki, "Qarabağ" ardıcıl 3-cü mövsümdür ölkəmizi ÇL-də təmsil edir.
Mehman Süleymanov
AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib