Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "İnter" bu gün gecə saatlarında Gürcüstana yola düşür. Sportnet.az-ın məlumatına görə, Tbilisinin "Bomond Garden" otelində məskunlaşacaq komanda təlim-məşq toplanışı çərçivəsində iki yoxlama matçı keçirməyi planlaşdırır.
Zaur Svanadzenin yetirmələri avqustun 28-də "Samtredia", sentyabrın 1-də isə "Tsxinvali" FK ilə qarşılaşacaqlar.
Sentyabrın 2-də Vətənə qayıdacaq "bankirlər" növbəti tura hazırlıqlarını Bakıda davam etdirəcək.
Xatırladaq ki, "Samtredia" "Qəbələ"nin Avropa Liqasında cari mövsümün I təsnifat mərhələsində rəqibi olub. Roman Qriqorçukun yetirmələri bu komandaya evdə 5:1 hesabı ilə qalib gəlib, səfərdə 1:2 hesabı ilə uduzub və iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.