1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin hücumçusu rəsmən "Qəbələ"də
Ardıcıl ikinci mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edəcək "Qəbələ” klubu heyətinə yeni futbolçu qatıb. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” hücum xəttini Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanovla gücləndirib. 25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Rusiyada anadan olan Ruslan Stavropol "Dinamo”sunun yetirməsidir. Bu ölkədə "Rostov” (2008-2010), "Nika” (2008, icarə əsasında) və "Taqanroq”da (2009, icarə əsasında) çıxış edən Qurbanov 2010-cu ildə Azərbaycana transfer olunub. Bu müddətdən "Neftçi”nin şərəfini qoruyan milli üzvü 2011-2013-cü illərdə "Sumqayıt”, 2015-ci ildə Xorvatiya "Hayduk”una icarəyə verilib.
Azərbaycan Premyer Liqasında keçirdiyi 119 matçda 28 qol vuran futbolçu ölkə çempionu (2010-2011) və kubokun qalibi (2013-2014) adını qazanıb.
Hazırda Azərbaycan milli komandasının heyətində DÇ-2018-in seçmə mərhələsinin San-Marino ilə səfər matçına hazırlaşan Ruslan 2015-ci ildə debüt etdiyi yığmada 11 matç keçirib. Bunadək o, U-21 millisinin də şərəfini qoruyub.