1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Belə oyunlar, qarşında "fişka" da olsa, çətin keçir"
"Çoxlarına asan görünə bilər. Amma biz səfərdə oynayırdıq. Elə bir komandaya qarşı oynayırdıq ki, sabit və kombinasiyalı oyun sərgiləməsələr də, bütün komanda ilə müdafiədə oturmuşdular".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov DÇ-2018-in seçmə mərhələsində səfərdə San Marinonu 1:0 hesabı ilə yendikləri görüşdən sonra deyib.
O bildirib ki, ən vacib olanı qazandıqları 3 xaldır: "Belə oyunlarda qarşında futbolçu olmasa belə, hətta "fişka"nı da qoysan, yenə çətin keçir. Çünki ilk oyundur, öyrəşmək üçün müddət keçməlidir. Düzdür, 1 qol vurduq, amma əsas odur ki, bu oyunu 3 xalla başa vurduq. Qolların sayı isə 3 də ola bilərdi, 4 də... Qarşıdakı görüşlərə motivasiya olunmaq üçün ilk oyunda səfər qələbəsi çox vacib idi. Bunu da qazandıq"
İsmayılov özünün və komanda yoldaşlarının oyunundan razılıq ifadə edib: "Öz oyunum normaldır, hər şey qaydasındadır. Çalışırıq, işləyirik. Ola bilsin, ilk oyundur, hamı tam açılışmayıb. Getdikcə hamı formaya düşəcək".