1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA-dan Rusiya klubuna cəza
UEFA Rusiyanın "Rostov" klubunu cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, buna səbəb Çempionlar Liqasının pley-off mərhələsində Hollandiya "Ayaks"ı ilə baş tutmuş görüşdə rusiyalı azarkeşlərin irqçi şüarlar səsləndirməsi olub.
Nəticədə klub qrup mərhələsindəki ilk oyununu boş tribunalar önündə keçirəcək. Həmin oyun da elə Hollandiya klubu PSV-yə qarşı olacaq.
Üstəlik Avropa futbol qurumu "Rostov"un 4:1 hesabı ilə qələbə qazandığı matçda kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq penaltiyə səbəb olan Fedor Kudriaşovu 3 oyunluq cəzalandırıb.
Qeyd edək ki, "Rostov" Çempionlar Liqasının D qrupunda "Bavariya" (Almaniya), "Atletiko" (Madrid, İspaniya) və PSV klubları ilə mübarizə aparacaq.