1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şahin Diniyev: “Çox əziyyət çəkməliyik”
Topaz Premyer Liqasının IV turunda "Zirə” ilə qarşılaşacaq "Kəpəz” artıq oyunun hazırlığını başa vurub. Sportnet.az-ın məlumatına görə, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matçla bağlı kapazpfc.az-a açıqlama verib.
O, komandasını çətin oyunun gözlədiyini bildirib: "Rəqib formalaşmış yaxşı heyətə malik komandadır. Bizə qələbə hava-su kimi lazımdır. Amma bu heç də asan olmayacaq. Məqsədimizə çatmaq üçün çox əziyyət çəkməliyik. Mənə elə gəlir ki, azarkeşlər üçün də maraqlı, mübarizəli oyun olacaq. Xarakterin, gərgin məşqlərin və ayrı bir neçə amillərə görə qələbəyə ümid edirik".
Diniyev oyuna hazırlıqlarının yaxşı keçdiyini də söyləyib: "Motivasiyamız yerindədir. Turnir cədvəlindəki yerimiz də komandanı qələbə qazanmağa sövq edir. Futbolçular da matçın əhəmiyyətini yaxşı başa düşürlər. 8 komandalı çempionat keçirilir, hər bir rəqib ilə oyunda itirilən xallar sonda turnir cədvəlindəki vəziyyətə böyük təsir edə bilər”.
Qeyd edək ki, sentyabrın 11-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Zirə" matçı saat 16:00-da başlanacaq.