1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" böhranın lap dibindədir" - MÜSAHİBƏ
"Neftçi"nin qapıçısı Krşevan Santini Topaz Premyer Liqasının IV turunda "Qəbələ”yə 0:8 hesabı ilə məğlub olduqları görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Oyun haqqında fikirləriniz necədir?
- Bilmirəm nə deyim. Bu matç əsl müsibət idi. Karyeramın ən pis oyunu adlandıra bilərəm bunu. Mən həm öz adımdan, həm də komanda adından bütün azarkeşlərdən və "Neftçi"sevərlərdən üzr istəyirəm. Peşəkar futbolçunun öz işinə bu cür yanaşması qəbulolunan hal deyil. İkinci qola görə mən yenə də üzr istəyirəm. Mən fasilədə bu barədə komanda yoldaşlarıma da dedim. Düşünürəm ki, biz böhranın lap dibindəyik. Artıq bundan pis nəsə ola bilməz. Artıq bir yol var ki, o da yuxarı doğru hərəkət.
- İlk hissədən sonra niyə dəyişdilər sizi?
- Mən ikinci hissəyə psixoloji olaraq hazır idim, ancaq bu, məşqçinin qərarı idi.
- "Neftçi” tarixinin ən pis dönəmini yaşayır. Rəhbərlik də dedi ki, komandada köklü islahatlar olacaq. Siz legioner olaraq 4 oyunda 3 məğlubiyyətdən sonra qarşılıqlı razılaşma ilə, heç bir kompensasiya almadan klubdan gedərsiz?
- Bu, çox ağır sualdı. Bu cür oyundan sonra isti-isti nəsə deyə bilmərəm. Mənim bu komandada ilk ilimdi. Azarkeşlərlə klub rəhbərliyi arasında problemin nədən qaynaqlandığını bilmirəm. Öz adıma onu deyə bilərəm ki, bu vəziyyətdən çıxmağa çalışacağıq. Həm də indi elə bir vaxtdır ki, biz getsək də başqa komandada oynaya bilmərik. Ən yaxşı halda qışa qədər gözləməliyik. Ancaq yenə də deyirəm ki, ilk öncə çalışıb bu vəziyyətdən çıxmaq lazımdı.
- Baş məşqçinin oyunda olmaması hiss olunurdu?
- Belə bir məğlubiyyət üçün bu, səbəb ola bilməz. Vəli müəllim haqqında xəbəri oyuna iki saat qalmış bildik. Komanda üçün şok effekti yaratdı, ancaq məğlubiyyətə səbəb kimi göstərilə bilməz. Vəli müəllimi sevindirmək istəsək də, alınmadı. Bizim bu cür oynamağımızı xəstəxanada eşidən baş məşqçidən üzr istəyirəm. Söz tapa bilmirəm. Biz bu gün onun etimadını və güvənini itirdik (apasport.az).