1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə"nin xilaskarı qol vurduqdan sonra zədələndi - VİDEO
"Zirə" komandası "İnter"lə Azərbaycan Premyer Liqasının VII tur matçını azlıqda başa vurmalı olub. Sportnet.az-ın məlumatına görə, buna komandanın 3 əvəzetmə hüququndan yararlanması səbəb olub.
Oyunun uzatma dəqiqələrində Viktor İqbekoyi bərabərlik qolunu vurduqdan sonra ayağında ağrılar hiss edib. Yerə yıxılan İqbekoyi oyunu davam etdirə bilməyib və meydanı xərəkdə tərk edib. Lakin "Zirə"nin əvəzetmə limiti bitdiyindən, onun yerinə futbolçu daxil etmək mümkün olmayıb. Nəticədə Adil Şükürovun baş məşqçi olduğu komanda görüşü 10 futbolçu ilə sona çatdırıb.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.