
Azərbaycan Premyer Liqasının VII turunda səfərdə "Qəbələ"yə məğlub olan (0:2) "Qarabağ" istirahətə çəkilib. Sportnet.az-ın məlumatına görə, komandanın dünənki məşqində hazırlıqda milli komandalarda olan futbolçular iştirak etməyib.
"Qarabağ" 2 günlük istirahətdən sonra - oktyabrın 6-da bir araya gələcək və "Sumqayıt"la hazırlığıa start veriləcək.
Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" oyunu oktyabrın 15-də keçiriləcək.