Futbol üzrə Azərbaycan I Divizionunda V tura start verilib. Sportnet.az-ın məlumatına görə, turun ilk oyun günündə 4 oyun keçirilib.
İki oyunda böyük hesablı qələbə qeydə alınıb. "Ağsu" səfərdə "Göyəzən"i, MOİK isə evdə "Şahdağ"ı 6:0 hesabı ilə məğlub edib.
"Energetik" - "Səbail" - 1:2
Qollar: Vahid Rostami, 32 - Saşa Yunisoğlu, 25. Orxan Səfiyaroğlu, 80
"Göyəzən" - "Ağsu" - 0:6
Qollar: Əli Bağırov, 24. Orxan Məmmədov, 33. Vüsal İbrahimov, 63. Malik Babayev, 67. Elnur Səmədov, 71. Fərrux Rəhimov, 90
MOİK - "Şahdağ" - 6:0
Qollar: Orxan Həsənov, 38. Hüseyn Axundov, 41. Məhəmməd Bədəlbəyli, 45; 89; 90+1. Cavid Muxtarzadə, 83
"Qaradağ Lökbatan" - "Şərurspor" - 0:2
Qollar: Coşqun Süleymanov, 10. Mehman Məmmədov, 30.
Qeyd edək ki, tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.