1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Norveçin futbolçusu: "Azərbaycanla oyun çətin olacaq"
"San Marino ilə oyundan 6 xal götürməliyik. Düşünürəm ki, maksimum nəticə qazanmaq istəyiriksə, Azərbaycana da bu məqsədlə getməliyik". Sportnet.az-ın məlumatına görə, bunu dünya çempionatının seçmə qrup mərhələsində sabah Azərbaycan millisi ilə qarşılaşacaq Norveç yığmasının futbolçusu Pol Andre Hellann deyib.
Azərbaycana səfər haqda danışan yarımmüdafiəçi Robert Prosineçkinin rəhbərlik etdiyi komanda ilə görüşün çətin keçəcəyini bildirib: "Azərbaycan xal baxımından xəsis komandadır. Buna görə də çətin olacaq. Ancaq maksimum nəticə göstərmək istəyiriksə, mübarizədən qalib ayrılmalıyıq. Ədalətli olmalıyıq. Gücümüz var və bu səbəbdən Azərbaycana qalib gəlməliyik. Baxmalıyıq ki, biz nə əldə edə bilərik".
Qeyd edək ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç maçtı saat 20:00-da başlayacaq.