
"Səfərdə Azərbaycandan 3 xal götürmək çox çətin olacaq". Sportnet.az-ın məlumatına görə, bunu dünya çempionatının seçmə qrup mərhələsində sabah Azərbaycan millisinin qonağı olacaq Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib.
57 yaşlı norveçli mütəxəssis Bakıda çətin oyun olacağını bildirib: "İki oyundan sonra 6 xal toplamaq istəyirik. Azərbaycan sərt və çətin rəqibdir. Bu xalq öz futbolu üçün böyük məbləğdə sərmayələr qoyur. Rəqibin 7 futbolçusu öz klublarında Avropa Liqasının qrup mərhələsində çıxış edir".
Qeyd edək ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç maçtı saat 20:00-da başlayacaq.