Bu gün AFFA prezidenti Rövnəq Abdullayev Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. Sportnet.az-ın məlumatına görə, AFFA prezidenti DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Norveç yığması ilə qarşılaşacaq millimizə uğurlar arzulayıb.
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov və "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev görüşdə iştirak edib.