
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının (U-21) 2017-ci il Avropa çempionatının seçmə mərhələsində yer aldığı 7-ci qrupda bu gün daha 2 oyun keçirilib. Sportnet.az-ın məlumatına görə, qrup liderləri matçlarını qələbə ilə iə başa vurublar.
Almaniya - Rusiya matçı çox məhsuldar alınıb. Azarkeşlər 7 qola şahidlik edib. Almaniya 4:3 hesabı ilə qalib gələrək, xalını 27-yə artırıb və liderliyini möhkəmləndirib. Avstriya isə səfərdə autsayder Farer adalarını 1:0 hesabı ilə məğlub edib. Avstriyalılar 22 xalla 2-ci yerdədir.
Bundestimin qələbəsi Rusiyanın Azərbaycandan xalda da geri qalmasına səbəb olub. Məlum olduğu kimi, U-21 yığmamız seçmə mərhələdə son oyununda bu gün səfərdə Finlandiya ilə qolsuz bərabərliyə qalıb və 9 xal toplayıb. Rusiya isə 9 matçdan 8 xala malikdir. Şimal qonşularımız son turda -:oktyabrın 11-də Finlandiyanı qəbul edəcək. Həmin gün digər oyunda Avstriya Almaniyanı sınağa çəkəcək. Farer adaları ilə Azərbaycan isə qrupda matçlarını artıq başa vurublar.