
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Estoniya millisinin heyətində DÇ-2018-in seçmə mərhələsində qrupdakı ikinci oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, estonlar evdə Cəbəllütariq yığmasını sınağa çəkib.
Matç meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Start heyətində meydana çıxan Zenyov 65-ci dəqiqədə əvəzlənib.