1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"dən zədəli futbolçularla bağlı açıqlama
"Neftçi” futbol klubunun tibbi-bərpa mərkəzi heyətdəki zədəli futbolçuların son durumu ilə bağlı yeni açıqlama yayıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Elşən Abdullayev hazırda müalicə və bərpa prosesini davam etdirir. Fərdi məşqlər edən yarımmüdafiəçinin oktyabrın 10-da komanda ilə məşqlərə cəlb olunacağı planlaşdırılır.
Cavid İmamverdiyev sol budundan aldığı zədədən müalicə olunur. Komanda ilə məşqlərdən kənarda qalan yarımmüdafiəçinin 3-4 həftəyə sağalacağı gözlənilir.
Katalin Tira ayaq əzələsindəki zədədən müalicə olunur. Hücumçu oktyabrın 10-da komanda ilə məşqlərə qoşulacaq.
Kamran Nəcəfzadə isə sağ dabanının zədəsinə görə, Almaniyada müayinə olunub. Almaniyalı mütəxəssislərin rəyinə görə, yarımmüdafiəçiyə cərrahi müdaxilə olunmasına ehtiyac var. Əməliyyatdan sonra bərpanın müddəti 9 aydır.