1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Körpüdən yıxılan azarkeş əməliyyata alındı - YENİLƏNDİ
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan və Norveç yığmaları arasında keçirilən oyundan öncə faciəvi hadisə baş verib. Sportnet.az-ın "qafqazinfo"ya istinadən verdiyi məlumata görə, oyuna baxmağa gələn azarkeşlərdən biri stadiona gedən yolda yıxılıb.
O, "bardür”ü aşmaq istəyərkən körpüdən yerə düşüb. Vəziyyəti ağır olan şəxs təcili tibbi yardımla xəstəxanaya aparılıb. Futbol11.az-ın məlumatına görə, körpüdən yıxılan azarkeş Nahidov Nahiddir. Hadisədən dərhal sonra Nahidov 3 saylı Sabunçu Klinik Xəstəxanasına aparılıb.
Xəstəxanadan Sportnet.az-a verilən məlumata görə, xəstənin vəziyyəti orta ağırdır. Hazırda o, əməliyyat olunur.
Qeyd edək ki, bu hal sözügedən körpüdə yaşanan birinci hadisə deyil. Bu ilin mayında Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçular arasında Avropa çempionatı çərçivəsində baş tutan Azərbaycan - Portuqaliya oyunundan qayıdan azarkeş həmin yerdən yıxılaraq vəfat etmişdi.