1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Türkiyədən ilk məğlubiyyət, İtaliyadan son dəqiqə qələbəsi - YENİLƏNDİ
Bu gecə keçirilmiş 9 oyunla 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsinin III turuna start verilib. Sportnet.az-ın məlumatına görə, turun ilk oyun günündə D, G və İ qruplarında yer alan komandalar mübarizə aparıb.
D qrupunda mərkəzi görüş Serbiya və Avstriya yığmaları arasında keçirilib. Meydan sahibləri hesabda 2 dəfə irəli çıxdıqları görüşü sonda qələbə ilə başa vurmağı bacarıblar. Serbiyanın liderliyinə səfərdə Moldovanı 3:1 hesabı ilə yenən İrlandiya şərik olub. Əvəzində Uels Gürcüstanla ev oyununda qələbəni əldən verib. Beləliklə, qonşu ölkə millisi ilk xalını qazanıb.
G qrupunda da azarkeşlər maraqlı oyunun şahidi olub. Qrupun əsas favoritlərindən hesab edilən İspaniya Albaniyanın qonağı olub. Meydan sahiblərini kapitan qismində meydana "Qarabağ"ın oyunçusu Ansi Aqolli çıxarıb. İspaniya yığması istəyinə ikinci hissədə çatıb. Qısa zaman kəsiyində iki qol vuran qonaqlar Albaniyaya ilk məğlubiyyət acısı yaşadıblar.
Qrupun digər oyununda İtaliya səfərdə Makedoniya üzərində əzmkar qələbə qazanıb. "Neftçi"nin futbolçusu Vançe Şikovun 90 dəqiqə çıxış etdiyi görüşdə meydan sahibləri hesabda önə çıxsalar da, Çiro İmmobilenin "dubl"una əngəl ola bilməyiblər.
Beləliklə, İtaliya və İspaniya xallarını 7-yə çatdıraraq, Albaniyanı taxtdan salıblar. Aqollinin komandası turu Lixtenşteyn üzərində qələbə ilə qapadan İsraillə eyni miqdarda - 6 xala malikdir.
İ qrupunda azərbaycanlı futbolsevərlərin də azarkeşlik etdiyi Türkiyə yığması İslandiya önünə çıxıb. Görüşün taleyini ilk yarının sonlarında vurulan 2 qol həll edib. Bununla da "ay-ulduzlular" ardıcıl 2 heç-heçənin ardından ilk məğlubiyyətə düçar olublar. Türkiyənin əvvəlki turlarda heç-heçə etdiyi komandalardan Ukrayna neytral meydanda Kosovanı darmadağın edib, Xorvatiya isə səfərdə Finlandiyanı minimal hesabla yenib. Beləliklə, Xorvatiya və İslandiya 7 xalla liderliyi ələ keçirib. 2 xala malik Türkiyə isə 3-cü pillədəki Ukraynanın 3 xal gerisindədir. "Ay-ulduzlular" 1 xalı olan Finlandiya və Kosovanı üstələməklə təsəlli tapır.
Dünya çempionatı, seçmə qrup mərhələsi, III tur
D qrupu
20:00. Uels - Gürcüstan - 1:1
Qol: Qaret Beyl, 10 - Tornike Okriaşvili, 57
22:45. Moldova - İrlandiya - 1:3
Qollar: İqor Buqayev, 45+1 - Şeyn Lonq, 2. Ceyms Makkin, 69; 76
22:45. Serbiya - Avstriya - 3:2
Qollar: Aleksandr Mitroviç, 5; 22. Duşan Tadiç, 74 - Marsel Zabitser, 14. Mark Yanko, 62
Xal durumu: Serbiya - 7. İrlandiya - 7. Uels - 5. Avstriya - 4. Gürcüstan - 1. Moldova - 0.
G qrupu
20:00. İsrail - Lixtenşteyn - 2:1
Qollar: Tomer Hemed, 4; 16 - Maksimilan Qoppel, 49
22:45. Albaniya - İspaniya - 0:2
Qollar: Dieqo Kosta, 55. Nolito, 63
22:45. Makedoniya - İtaliya - 2:3
Qollar: İliya Nestorovski, 57. Feran Hasani, 59 - Andrea Belotti, 24. Çiro İmmobile, 75; 90+2
Xal durumu: İspaniya - 7. İtaliya - 7. Albaniya - 6. İsrail - 6. Makedoniya - 0. Lixtenşteyn - 0.
İ qrupu
20:00. Finlandiya - Xorvatiya - 0:1
Qol: Mario Mancukiç, 18
20:00. Ukrayna - Kosovo - 3:0
Qollar: Artyom Kravets, 31, Andrey Yarmolenko, 71, Ruslan Rotan, 87
22:45. İslandiya - Türkiyə - 2:0
Qollar: Elmar Byarnason, 42. Alfred Finnboqason, 44
Xal durumu: Xorvatiya - 7. İslandiya - 7. Ukrayna - 5. Türkiyə - 2. Finlandiya - 1. Kosovo - 1.