1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Norveç millisinin kapitanı: "Hesabı 1:1 etsəydik..."
"Azərbaycan bizə erkən qolu vurandan sonra oyunun tempini yüksəltdik. Bu zaman top üzərində nəzarət daha çox bizdə idi". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Norveç milli komandasının kapitanı Per Silyan Skildbred Azərbaycan yığmasına Bakıda 0:1 hesabı ilə uduzduqları rəsmi oyundan sonra bildirib.
Yarımmüdafiəçi məğlubiyyətə layiq olmadıqlarını düşünür: "Oyuna nəzarəti vaxtında öz əlimizə keçirdik. Daha çox qol şanslarımıza malik idik. Xüsusilə də ilk hissədə. Oyunun axarını dəyişmək imkanımız oldu. Ancaq hesabı bərabərləşdirmədikdə çətin olur. Əgər hesabı 1:1 etsəydik, onda tamam başqa mübarizə olacaqdır. Ancaq buna da çox az şansımız vardı. Çünki "çərçivə"yə dəqiq zərbələrimiz az idi".
Skildbred nəticəyə görə çox məyus olduqlarını bildirib: "Biz qalib gəlməli olduğumuz matçda 3 xalı əldən verdik. Ancaq qalib gəlmək üçün bundan daha yaxşı vəziyyətdə olmalıyıq. Qarşıda çərşənbə axşamı oyunumuz var. Həmin matçda qalib gələrək final mərhələsinə vəsiqə uğrunda mübarizəyə qoşulmalıyıq".
Xatırladaq ki, Norveç oktyabrın 11-də özü kimi xalsız olan San Marino ilə üzləşəcək.