Futbol üzrə Azərbaycan I Divizionunda VI tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun gününün gözlənilməz nəticəsi Qusarda qeydə alınıb. Adil Mahmudov hazırda rəhbərlik etdiyi "Şahdağ"la keçmiş komandası "Qaradağ Lökbatan"ı yenməyi bacarıb. İlk yarıdan sonra qonaqlar irəlidə olsalar da, fasilədən sonra meydan sahibləri 2 qol vuraraq, əzmkar qələbə qazanıb.
Digər görüşlərdə "Zaqatala" "Mil-Muğan"ı, "Ağsu" "Energetik"i darmadağın edib. "Rəvan" isə evdə MOİK-ə uduzub.
Azəbaycan I Divizionu, VI tur
9 oktyabr
"Rəvan” - MOİK - 1:3
Qollar: Ceyhun Abdullayev, 90+2 - Rəfail Qəvami, 8; 80. Elvin Həsənəliyev, 76
"Zaqatala” - "Mil-Muğan” - 4:0
Qollar: Oruc Balaşlı, 41. Emin Mehdiyev, 42. Sərxan Abdullayev, 47. Cavad Kazımov, 80
"Şahdağ” - "Qaradağ Lökbatan” - 2:1
Qollar: Elmin İsmayılzadə, 47. Viktor Emenayo, 70 - Rüfət Məmmədov, 28
"Ağsu” - "Energetik” - 5:1
Qollar: Akif Tağıyev, 3. Əli Bağırov, 10; 22; 85. Elnur Səmədov, 19 - Elvin Əlizadə, 71
8 oktyabr
"Turan Tovuz” - "Səbail” - 2:1
Qollar: Səbail Bağırov, 8. Rəhman Musayev, 45 - Orxan Səfiyaroğlu, 79
"Şəmkir” - "Bakılı” - 2:1
Qollar: Ruslan Voronsov, 36. Ture Morifere, 90 - Vurğun Həsənzadə, 43
"Şərurspor” - "Göyəzən” - 5:0
Qollar: Fərmayıl Əliyev, 9; 45; 80; 87. Mehman Məmmədov, 53