1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tomaş Sivok: "Azərbaycana da 4 qolla qalib gələcəyik"
Çexiya milli komandasının futbolçusu Tomaş Sivok 2018-ci il dünya çempionatının seçmə mərhəlsində Azərvaycan yığması ilə qarşılacağqları məkanı özləri üçün düşərli hesab edir.
Sportnet.az-ın məlumatına görə, Türkiyənin "Bursaspor" klubunda çıxış edən təcrübəli müdafiəçi oktyabrın 11-də milimizlə görüşəcəkləri Ostrava şəhərində qələbə qazanacaqlarına inanır.
Özü də 33 yaşlı Sivok böyükhesablı qələbənin olacağına işarə vurub: "Biz sonuncu dəfə Ostravada Serbiya yığmasına 4 qol vurmusuq. Matç bizim üçün uğurlu alındı. Buna çərşənbə axşamı da nail olacağımıza şad olardım. Ümid edirəm ki, Azərbaycanla matçda oyuna nəzarəti ilk dəqiqələrdən ələ keçirəcəyik. Bu işdə bizə azarkeşlər kömək olacaqlar. Çünki onlar hədsiz vacibdirlər. Əgər fanatlar dəstək verirsə, bi zaman bizə asan olur".
Xatırladaq ki, Çexiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.