1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çexiyanın açıq məşqinə 15 futbolçu çıxdı
Çexiya milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə qarşıdakı ev oyunu öncəsi heyətlə bağlı problemləri davam edir. Sportnet.az-ın məlumatına görə, rəqibin baş məşqçisi Karel Yarolim Ostravadakı açıq məşqdə meydanda yalnız 15 futbolçu ilə çalışıb.
Çexlərin Almaniya yığması ilə son oyununu buraxan hücumçusu Milan Şkoda zədəsini sağaldıb və yenicə komandaya qoşulub. Həmin matçda iştirak etməyən yarımmüdafiəçi İrji Skalak isə dizindən xəsarət alıb. Onun millimizlə oktyabrın 11-də keçiriləcək qarşılaşmaya hazır olacağı sual altındadır. Skalak bu oyunu da buraxmalı olsa, baş məşqçi Karel Yarolim ona əvəzləyici tapmalı olacaq.
Digər yarımmüdafiəçi David Pavelka isə sarı vərəqə limitini doldurduğundan cəzalı durumdadır.