
"Qarabağ"ın futbolçusu Ansi Aqollinin Albaniya millisinin əsas heyətinə qayıdışı uğursuz alınıb. Sportnet.az-ın məlumatına görə, sol cinah müdafiəçisi İspaniya yığması ilə ev oyununda həm məğlubiyyət acısı dadıb, həm də cəzalanıb.
Matçın baş hakimi Aqolliyə 45+1-ci dəqiqədə sarı vərəqə göstərib. Ansi 0:2 hesabı ilə uduzduqları matçda 90 dəqiqə meydanda olub. Bu, qrup lideri olmuş Albaniyanın cari seçmə mərhələdə ilk məğlubiyyəti olub və 3-cü pilləyə düşməsi ilə nəticələnib.
Xatırladaq ki, Ansi Aqolli bundan 3 gün öncə Lixtenşteynə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri matçı ehtiyatda keçirmişdi.