1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çexiyanın futbolçusu: "Azərbaycanla görüş əsas oyunlardan biridir"
2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin III turunda Azərbaycan millisi ilə qarşılaşacaq Çexiya yığmasının üzvü Borjek Doçkal sabahkı görüş haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi ev oyununda qələbə qazanmağın lazımlığını deyib.
28 yaşlı futbolçu bunları söyləyib: "Bu görüş bizim üçün əsas oyunlardan biridir. Dünya çempionatının final mərhələsində iştirak etmək üçün bu cür ev oyunlarında qalib gəlmək lazımdır".
C qrupunda yer alan Çexiya 2 oyundan 1 xal toplayaraq 4-cü yerdə qərarlaşıb. Qrupa 6 xalla Almaniya yığması başçılıq edir. Top fərqi az olan Azərbaycan isə eyni xalla ikincidir. 3-cü pillədə qərarlaşan Şimali İrlandiyanın aktivində 4 xal var. Norveç və San Marino yığmaları isə hər iki oyunda məğlub olub.
Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Çexiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.