"Qarabağ"ın futbolçusu Reynaldo zədələnib. Bu barədə Sportnet.az-a komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
O, bildirib ki, braziliyalı futbolçu fərdi qaydada məşq edir: "Səhər fərdi qaydada məşq edib. Bu gün komandanın axşam məşqindən öncə də fitnesdə olub. Həkim məsləhətinə əsasən fərdi qaydada məşq edir. Düşünmürəm ki, zədəsi ciddi olsun. Sadəcə bir az yükləmələrdən sonra belə olub".