DÇ-2018-in seçmə mərhələsində sabah Azərbaycan millisini qəbul edəcək Çexiya komandasını üzvü Ladislav Kreyçi oyunöncəsi kurnalistlərin qarşısına çıxıb. Sportnet.az-ın məlumatına görə, futbolçu mətbuat konfransında sualları cavablandırıb.
- Deməzdim ki, sabahkı oyun ən vacibdir. Düzdü, ilk iki oyunda qalib gələ bilmədik. Ancaq əminəm ki, sabahkı oyunda qalib gələcəyik.
- Azərbaycanın qrupda birinci pillədə qərarlaşması sənin üçün sürpriz deyil ki?
- Sürpriz deyil. Ancaq iki oyunda Azərbaycanın 6 xal toplaması onlar üçün yaxşı vəziyyətdir.
- Azərbaycanın qrupda Çexiyadan yüksək pillədə olması sizə əlavə təzyiq deyil ki?
- Yox, bu, bizim üçün təzyiq deyil.
- Rəqibin oyununda sizi ən çox təəccübləndirən nə idi?
- Onların əsas üstünlüyü müdafiə xəttidir. Onlar həmçinin müdafiədən əks-hücuma yaxşı çıxırlar.
- Sabahkı oyunda mütləq qalib gəlməlisiz. Bunu dərk edirsiz?
- Əlbəttə, bunu qəbul edirik. Sabah çox şey həll olunacaq. Hər şansımızdan istifadə edərək, qalib gəlməyə çalışacağıq.
- Milli son iki oyunda qol vura bilmədi. Bunun səbəbi nədir?
- İlk oyunda şanslarımız olsa da, dəyərləndirə bilmədik. İkinci oyunda isə şans qazana bilmədik. Ancaq biz hücumçular əlimizə düşən imkanladan istifadə etməliyik