Bu gün Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun ad günüdür. Sportnet.az-ın məlumatına görə, təcrübəli futbolçunun 29 yaşı tamam olub.
Abışov növbəti ad gününü millinin düşərgəsində - sabah Çexiya yığması ilə görüşəcəyi Ostrava şəhərində qeyd edib. Ruslanın ardıcıl 2-ci ildir doğum günləri yığmanın rəsmi matçlarına təsadüf edib. Bu, ötən il İtaliya yığmasına Bakı Olimpiya Stadionunda 1:3 hesabı ilə uduzduğumuz qarşılaşma olub.
Qeyd edək ki, Abışov millidə qol hesabını məhz Çexiya ilə matçda açıb. Bu, 7 il öncə 2:0 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündə olub. Ruslan yığmamızda ümumilikdə 4 qol vurub.