1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
San Marinodan tarixi qol
Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycanın rəqibi olan San Marino yığması tarixi qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, C qrupunda mübarizə aparan "cırtdan ölkə" komandası 15 il sonra yenidən dünya çempionatının seçmə qrup mərhələsinin səfər görüşündə fərqlənib. Bu, oktyabrın 11-də Norveçlə səfər oyununa təsadüf edib. 54-cü dəqiqədə Mattia Stafenelli komandasının yeganə qolunun müəllifi olub.
Cari mövsümün ilk oyununda evdə Azərbaycana 0:1 hesabı ilə məğlub olan San Marino yığması mundialda sonuncu səfər qolunu DÇ-2002-nin seçmə qrup mərhələsində aprelin 25-də Latviyaya vurub.
Qeyd edək ki, San Marino dünya çempionatının seçmə mərhələləri tarixində ilk qolunu 1992-ci ildə Türkiyəyə vurub.