Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna start verilib. Sportnet.az-ın məlumatına görə, açılış oyununda Bakının "İnter" klubu "Qəbələ"ni qəbul edib.
Tərəflər "İnter Arena"da münasibətlərinə aydınlıq gətirib. "Qəbələ" ilk dövrədə olduğu kimi, "İnter"lə matçda xal itirib. Bu oyunda lider qapısnda ilk dəfə top görüb.
"Qarabağ" liderin büdrəməsindən maksimum istifadə edib. Ağdamlılar "Sumqayıt"a böyük hesabla qalib gəlib.
Turun qalan iki oyunu sabah keçiriləcək. AZAL "Kəpəz"i, "Zirə" isə "Neftçi"ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası, VIII tur
15 oktyabr
16:00. "İnter" - "Qəbələ" - 1:1
Qol: Ağabala Ramazanov, 48 - Sergey Zenyov, 70
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı. "İnter Arena"
18:30. "Qarabağ" - "Sumqayıt" - 3:0
Qollar: Migel Madera, 42, İlqar Qurbanov, 44, Dino Ndlovu, 90+3
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. "Azərsun Arena"