
Azərbaycan Premyer Liqasının VIII turunda AZAL-la səfər oyununda zədələnən Gəncənin "Kəpəz" klubunun futbolçusu Dario Frederikonun durumuna aydınlıq gəlib. Sportnet.az-ın məlumatına görə, MRT müayinəsindən keçən braziliyalıya birinci dərəcəli əzələ yırtğı diaqnozu qoyulub.
Yarımmüdafiəçi qarşıdakı 3 həftə futbol oynaya bilməyəcək. Frederiko yalnız gələn ayın əvvəlindən məşqlərə başlaya biləcək. Bu müddət ərzində onun müalicəsi Bakıda aparılacaq.
Qeyd edək ki, Dario ötən il də məhz AZAL-la Bakıda keçirilən görüşdə zədələnərək mövsümün sonuna kimi sıradan çıxmışdı.