
AFFA-nın İntizam Komitəsi "Neftçi" klubunun heyətində çıxış edən Rahil Məmmədovu cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, buna müdafiəçinin Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə "Zirə" ilə baş tutmuş göreüşdə qırmızı vərəqə alması səbəb olub.
47-ci dəqiqədə meydandan kənarlaşdırılan futbolçu növbəti tur komandasına kömək edə bilməyəcək. Üsətlik futbolçunun "qırmızı"sı kluba 200 manata başa gəlib.
Komitə son turda keçirilmiş "İnter" - "Qəbələ" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubu 800 manat cərimələyib.