"Kəpəz”in müdafiəçiləri Tural Nərimanovla Azad Kərimovun həyatında əlamətdar gündür. Sportnet.az-ın məlumatına görə, Nərimanov ömrünün 27-ci, Kərimov isə 22-ci payızını arxada qoyub.
Hər iki futbolçunun doğum günü komandanın məşqində qeyd olunub. Hazırlıq prosesinin sonunda oyunçuların doğum günü münasibətilə bişirilən tort meydançaya gətirilib. Turalla Azad komanda yoldaşlarının əhatəsində şirniyyatı kəsib.






































































