
"Neftçi" azarkeşləri "Qəbələ" ilə səfər oyununda da "İstefa" şüarları səsləndirməyə başlayıblar. Sportnet.az-ın məlumatına görə, məşhur şüar meydan sahiblərinin 4-cü qolu vurmasından sonra səsləndirilib.
Makedoniya millisinin futbolçusu Vançe Şikovun kobud səhvindən sonra qeydə alınan qol qonaq komandanın 50-dək fanatını özündən çıxarıb. Onların "İstefa" şüarlarını mahnı sədaları müşayiət edib. Hazırda "Qəbələ" "Neftçi"ni darmadağın edir - 4:1.
"Neftçi" ilk dövrədə "Qəbələ"yə evdə 0:8 hesabı ilə uduzduqdan sonra baş məşqçi Vəli Qasımov, komandanı həmin oyuna çıxaran köməkçisi Tofiq Mustafayev istefaya göndərildi. Hazırkı baş məşqçi Elxan Abdullayev həmin vaxtdan bu yana, 2-ci aydır komandanı çalışdırır.