
Hazırda davam edən AZAL - "Qarabağ" matçında gərginlik yaşanıb. Sportnet.az-ın məlumatına görə, gərginlik azarkeşlər arasında olub.
Qonaq komandanın azarkeşlərdən biri AZAL-ın futbolçusunu təhqir edib. Bunu eşidən "təyyarəçilər"in futbolçusu İlqar Ələkbərov məsələni klub rəhbərliyinə bildirib.
Klub rəhbərliyi isə polislərə həmin azarkeşin tribunadan uzaqlaşdırılmasına göstəriş verib. Bundan sonra mübahisə baş verib. Yekunda polislər azarkeşə xəbərdarlıq edərək tribunada əyləşməsinə icazə veriblər.
Qeyd edək ki, hazırda hesab 0:0-dır.