1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" legionerlərini əvəzedici heyətə göndərdi
"Neftçi” Azərbaycan Premyer Liqasında bu turunda "Qəbələ"yə səfərdə böyük hesabla uduzduğu oyundan heyətlə bağlı islahatlar edib. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Elxan Abdullayevin rəhbərlik etdiyi məşqşçilər korpusu əsas komandanın 5 futbolçusunun əvəzedici heyətə göndərilməsi haqqında qərar qəbul edib. Bunlar yayda cəlb olunan legionerlərdir.
Söhbət xorvatiyalı qapıçı Krşevan Santini, müdafiəçilər – braziliyalı Jayro Rodriges, makedoniyalı Vançe Şıkov, xorvatiyalı Dario Melnyak və braziliyalı hücumçu Denilson Pereyradan gedir. Buna səbəb həmin əcnəbi futbolçuların son oyunlarda uğursuz çıxış etməsidir.
Bu beşlikdən Santini Qəbəldəki matçda ehtiyatda qalıb, qalanları isə əsas heyətdə meydana çıxıblar. Şikov "Qəbələ"nin vurduğu son qolda kobud səhvə yol verməklə komandasının böyükhesablı məğlubiyyətinin (1:4) səbəbkarı olub.