Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turun son oyununda "Qarabağ" "Qəbələ"ni qəbul edib.
Turnir cədvəlinin liderini müəyyən edən oyunun ilk hissəsində qapılara qol vurulmayıb.
Azarkeşlər ikinci hissədə qol görüb. "Qırmızı-qaralar"ın heyətində Filip Ozobiç qapıçı İbrahiş Şehiçi də keçərək hesabı açıb. Növbəti qol oyunun 87-ci dəqiqəsində vurulub. Bu dəfə isə fərqlənən tərəf meydan sahibləri olub.
"Qəbələ"nin müdafiəçinin əllə oynaması baş hakim Rəhim Həsənovun penalti qərarı verməsinə səbəb olub. Topa yaxınlaşan Riçard Almeyda hesabı bərabərləşdirib - 1:1. Son saniyələrdə "Qarabağ" daha bir qol vuraraq hesabda önə keçib.
Oyun "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
13 oyundan sonra "Qarabağ" 32 xalla vahid lider olub. "Qəbələ" 29 xalla 2-ci pilləyə düşüb.
Azərbaycan Premyer Liqası, XIII tur
29 noyabr
19:00. "Qarabağ" - "Qəbələ" 1:2
Qol: Riçard Almeyda, 87 (P). Dino Ndlovu - Filip Ozobiç, 64
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "Azersun Arena"
Qeyd edək ki, turun ilk oyun günündə "Kəpəz" Gəncədə "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. AZAL - "Sumqayıt" və "Zirə" - "İnter" oyununda isə komandalar hərəyə bir qol vurub.