1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"da Rəşad Sadıqov sevinci
"Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıda İtaliya "Fiorentina"sına qaşrı keçiriləcək oyunda meydana çıxa bilər. Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
Baş məşqçi müdafiəçinin fərdi məşqlərə başladığını, vəziyyətinin müsbətə doğru dəyişdiyini deyib: "Rəşad fərdi məşqlər edir. Yenidən rentgen olunduqda Yenidən rentgen olunduqda vəziyyətinin yaxşılığa doğru çoxlu dəyişikliklərin olduğu üzə çıxdı. Bəzən elə olur ki, bir həftəlik müalicədən sonra orqanizmdə müsbətə doğru dəyişikliklər olur. Sadəcə zədə dizində olduğu üçün ehtiyat edirik. 5-6 gün gözlədikdən sonra qəti fikrimizi deyəcəyik. Onun "Fiorentina"ya qarşı oynaması ehtimalı var. Hələ oyunadək vaxt çox olduğundan indidən bu barədə düşünmək istəmirəm. Düzgün qərar verməyə çalışacağıq. Amma Miçelin və Maksim Medvedevin cəzalı olması, Rəşadın zədəsi istər-istəməz bizə problem yaradacaq.".
Qeyd edək ki, R.Sadıqov 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya ilə oyundan öncə Bakıdakı təlim-məşq toplanışının son günündə dizindən zədələnib. Bundan sonra Londonda müayinədən keçən müdafiəçinin 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.