1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-dan sərt cəza: Almeyda 4 oyun olmayacaq
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XIII turun "Qarabağ" - "Qəbələ" oyununda baş verənlərlə bağlı cəza tədbirləri görüb. Sportnet.az-ın məlumatına görə, bu gün keçirilmiş iclasda hər iki klubdan nizam-intizam qaydalarına ciddi əməl etməsi və bu halların yenidən təkrarlanmaması tələb olunub.
"Qarabağ" 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat, 39-cu dəqiqədə məşqçi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğu üçün eyni məbləğdə cərimələnib. Eyni zamanda Rəhmanov 1 oyunluq cəzalanıb.
90+4-cü dəqiqədə "Qarabağ”ın futbolçusu Riçard Almeyda aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.
Matçın videoyazısı izləndikdən sonra müəyyən olunub ki, elə həmin epizodda "Qarabağ”ın digər futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobudluq edib. Bu səbəbdən futbolçu 2 oyun cəzalanıb, klub 1600 manat ziyana düşüb.
"Qarabağ”ın 2-ci qolundan sonra qapıçı Şahruddin Məhəmmədəliyevin isə rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkarlanıb. Növbəti ev oyunlarında Ağdam təmsilçisindən təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunub.
Qeyd edək ki, "Qarabağ" "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.