1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
İki futbolçudan "Qəbələ"yə müsbət cavab
"Petar Franyiçin komandamızın Antalyadakı təlim-məşq toplanışında iştirakı nəzərdə tutulub. Çünki onun "Qəbələ" ilə hələ ilyarımlıq anlaşması var. Buna görə də müqavilə ilə bağlı olduğu klubun düşərgəsinə gəlməlidir".
Bu fikiləri Sportnet.az-a açıqlamasında "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı bildirib.
Onun sözlərinə görə, yay fasiləsində sonuncu transferlərdən olan xorvatiyalı yarımmüdafiəçi Petar Franyiçinin gedişi gündəmdə olsa da, qış hazırlığına başlayanda heyətdə olacaq. Onun gələcək taleyi danışıqlar prosesində müəyyənləşəcək.
Franyiçin başqa variantı olarsa, "qırmızı-qaralar" bunu dəyərləndirməyə hazırdır: "Ümumiyyətlə, hələ ki gedən futbolçumuz yoxdur. Yeganə transferimiz Araz Abdullayevdir. Bu yöndə fəaliyyətimizi davam etdiririk. Ukraynalı qapıçımız Dmitri Bezotosnı ilə müqavilənin müddətini artırmışıq. Anlaşması bitən futbolçulardan yarımmüdafiəçi Rəşad Eyubov və serbiyalı müdafiəçi Vojislav Stankoviçlə yeni müqavilə məsələsində ilkin razılıq əldə etmişik. Rəşadla Bakıda, Stankoviçlə Türkiyədə anlaşmanı artırmağımız gözlənilir".
Xatırladaq ki, "Qəbələ" qış hazırlığına yanvarın 9-da Antalyada başlayacaq.
Mehman SÜLEYMANOV