
UEFA Serbiyanın "Partizan" klubunu avrokuboklardan kənarlaşdırıb. Sportnet.az-ın məlumatına görə, buna səbəb Belqrad təmsilçisinin maliyyə "fair-play"ini pozmasıdır.
Komanda 3 il müddətinə Çempionlar Liqası və Avropa Liqasında iştirak hüququndan məhrum edilib. Üstəlik işin araşdırılmasına çəkilən 3 000 avro da klub tərəfindən ödəniləcək.
"Partizan" Avropa futbol qurumunun qərarı ilə razılaşmayıb və İdman Arbitraj Mhkəməsinə müraciət etməyə hazırlaşır.
Qeyd edək ki, "Partizan" Avropa Liqasının 2012/2013 mövsümündə Bakının "Neftçi" klubu ilə eyni qrupda mübarizə aparıb.