Premyer Liqanın 3-cü dövrəsinə hazırlaşan "Sumqayıt" bu gün 11:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya yola düşüb. Sportnet.az-ın məlumatına görə, yerli vaxtla saat 15:00-da qonşu ölkəyə çatan komanda əvvəlcədən məlumat verilən kimi "The Sense De Luxe" otelində məşkunlaşıb.
Samir Abasovun komandası bu gün Antalyada ilk məşqinə çıxacaq. Qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək sumqayıtlılar ilk olaraq yanvarın 13-də Albaniya təmsilçisi "Şkenderbeu” klubu ilə qarşılaşcaq. Üç gün sonra isəÖzbəkistan təmsilçisi "Nasaf”ı sınağa çəkəcək. Samir Abasovun yetirmələri yanvarın 19-da Qazaxıstan təmsilçisi "Atırau” ilə üz-üzə gələcək.
Yoxlama oyunlarının başlama saatları ilə bağlı klubun rəsmi internet səhifəsində məlumat veriləcək.