1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Abasov: "İrəliləyişi artıq hiss edirik"
"Sumqayıt”ın baş məşqçisi Samir Abasov Türkiyənin Antalya bölgəsində Özbəkistan "Nasaf"ı ilə keçirdikləri növbəti yoxlama matçını dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis təlim-məşq toplanışı çərçivəsindəki ikinci görüşdə iki fərqli hissəyə şahidlik etdiklərini bildirib.
O, ilk yarıda əsas heyət üzvlərini, fasilədən sonra isə əvəzedici komanda və ehtiyat oyunçuları sınaqdan keçirdiyini söyləyib: "Üç gündən sonra daha bir yoxlama oyunumuz olacağından, gücümüzü yarı bölmək üçün demək olar ki, bütün futbolçuların xidmətindən yararlandıq. Bu cür təlim-məşq toplanışlarının əsas önəmi də ondan ibarətdir ki, bütün futbolçuları yoxlayıb çempionata hazırlamaqdır".
Abasov maraqlı oyunun alındığını və məğlubiyyətə baxmayaraq, oyundan tam razı qaldığını açıqlayıb. Onun fikrincə, futbolçular demək olar ki, bütün tapşırıqların öhdəsindən gəliblər: "İraliləyişi artıq hiss edirik. Çempionata qədər tam hazır vəziyyətə gələcəyik”.
Qeyd edək ki, "Nasaf"la qarşılaşmada "Sumqayıt" 0:1 hesabı ilə uduzub.