1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Rəşad Sadıqov: "50 faiz hazırıq"
"Qəbələ"nin kapitanı Rəşad Sadiqov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində Rumıniya "Qaz Metan"ını 1:0 hesabı ilə yendikləri yoxlama oyunu haqda fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, təcrübəli yarımmüfafiəçi gabalafc.az-a açıqlamasında Albaniya "Partizani"sinə 1:2 hesabı ilə uduzduqları ilk matçla müqayisədə daha yaxşı oynadıqlarını bildirib. O, "Partizani" ilə qarşılaşmaya cəmi iki məşqdən sonra çıxdıqlarını xatırladıb və "Qaz Metan"ı daha güclü komanda sayıb: "Rumıniya təmsilçisi öz çempionatında liderlər qrupundadır. Buna baxmayaraq, indi daha yaxşı oynadıq. Çünki həm albaniyalılarla matça qədər az məşq etmişdik, həm də fərqli heyətlərlə mübarizə apardığımızdan, oyunun tempini tam tuta bilmədik".
Sadiqov "qırmızı-qaralar”ın hazırlığını da dəyərləndirib: "Mövsümün ikinci yarısına tam hazır olduğumuzu deməzdim. İndi təxminən 50 faiz hazır vəziyyətdəyik. Hələ üzərimizdə, məşqlərdə çalışmalıyıq. Hazırlıq keçdikcə yavaş-yavaş oyun planında da hər şey qaydasına düşür. Cəmi bir həftədir hazırlığa start vermişik. Qarşıdakı yoxlama oyunlarından sonra hazırlığımız yüksək səviyyədə olacaq. Düzdür, indiki vəziyyətdə "Qaz Metan” kimi komanda üzərində qələbə qazandıq. Yoxlama oyununda nəticə önəmli sayılmasa da, qələbə böyük amildir. Qalib gələndə futbolçularda özünəinam artır”.
Qeyd edək ki, "Qaz Metan"la matçda "Qəbələ"nin yeganə qolunu Filip Ozobiç vurub.