Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ” bu gün üçüncü yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Qazaxıstanın "Ordabası” komandası olub.
Ötən mövsüm Qazaxıstan çempionatını 4-cü pillədə başa vurmuş klubla qarşılaşmada əsasən ilk iki görüşdə az şans qazananlar meydana çıxıb. Baş məşqçi Roman Qriqorçuk start heyətində aşağıdakı "11-liy”ə güvənib:
David Pietrzkieviç, Tellur Mütəllimov, Voislav Stankoviç, Rafael Santos, Rəşad Eyubov, Teo Viks, Cavid Hüseynov, Asif Məmmədov, Araz Abdullayev, Roman Hüseynov, Ramazan İsayev.
"Qırmızı-qaralar” matça fəal başlayıb. Qarşılaşmanın əvvəlində Araz Abdullayev, Roman Hüseynov və Asif Məmmədovun zərbələri yaddaqalan olub. Qazaxıstan klubu ilə fasiləyədək yalnız bir dəfə Pietrzkieviçi ciddi narahat edib. Polşalı rəqibin zərbəsini dəf edib. "Qəbələ" buna Tellur Mütəllimovla Arazın yaddaqalan zərbələri ilə cavab verib.
Oyunun gedişində gənc futbolçular Rövlan Muradov, Ülvi İbazadə və Hacıağa Hacıyev də meydana daxil olublar. İkinci yarıda Cavid Hüseynov uzaqdan qapını nişan alsa da, zərbədə az dəqiqlik çatmayıb. 65-ci dəqiqədə "Ordabası” penalti şansı qazanıb. Lakin Pietrzkieviç zərbəni dəf edib. Matçın sonudnadək "Qəbələ” bir neçə dəfə fərqlənməyə yaxın olub. Lakin hücuma qoşulan mərkəz müdafiəçiləri Voislav Srankoviç və Rafael Santosun, həmçinin uzaqdan çərçivəyə düşməyə cəhd edən Cavid Hüseynovun hesabı açmasına rəqib mane olub.
Beləliklə, "Qəbələ” – "Ordabası” oyunu 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Yoxlama oyunu
18:00. "Qəbələ" - "Ordabaşı" - 0:0
Qeyd edək ki, bunadək "Qəbələ" Albaniyanın "Partizani” komandasına 1:2 hesabı ilə uduzub, Rumıniya "Qaz Metan”ını məğlub edib - 1:0.