
"Qəbələ"nin sabiq futbolçusu Mixail Sivakov Rusiya Premyer Liqasında mübarizə aparan "Orenburq"la müqavilə bağlayıb.
Sportnet.az-ın "Orenburq"un rəsmi saytına istinadən verdiyi məlumata görə, Belarus yığmasının müdafiəçisi Ukrayna "Zarya"sından transfer edilib. 29 yaşlı oyunçu ilə anlaşmanın təfərrüatları açıqlanmır.
Qeyd edək ki, Mixail Sivakov "Qəbələ" formasını 2014-2015 mövsümünün ikinci yarısında geyinib. Hazırda Türkiyənin Antalya bölgəsində olan "Orenburq"un "Sumqayıt"dan ayrılan Vaqif Cavadovla da maraqlandığı bildirlir.