1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycanda qohumlar işləməyə imkan vermirlər"
Hazırda Moldova "Daçiya"sına rəhbərlik edən İqor Klyosov "Bakı"da köməkçi-məşqçi kimi çalışdığı dövrü xatırlayıb.
Sportnet.az-ın məlumatına görə, latviyalı mütəxəssis "Sportacentrs.com"a müsahibəsində Azərbaycan paytaxtı və futbolu barədə fikirlərini bölüşüb.
52 yaşlı mütəxəssis Bakını yaşadığı məkanlar arasında ən sakit şəhər kimi dəyərləndirib: "Kənardan başqa cür görünə bilər. Çünki həyat tam fərqlidir. Biz Mərkəzi Avropada yaşadığımızı hiss ediriksə, Bakıya getmək və orada insanların necə yaşadıqlarını görmək lazımdır. Fikrimcə, onlar daha çox mərkəzdə qalırlar. Şəhər çox sakitdir, insanlar mehribandır, hər zaman kömək etməyə hazırdırlar. Bəlkə Azərbaycanın digər hissəsində fərqlidir, amma Bakı böyük şəhərdir. Həyatı qaynardır, gecə saat 2-3-də insanlar küçələrdə olurlar. İstənilən vaxt şəhərdə istənilən yerə gedə bilərsiniz. Heç kim sizə heç nə deməz. Bundan başqa, Azərbaycan müsəlman ölkəsidir və bir çox insanları içmirlər. Bir sözlə, Bakı barədə ən yaxşı xatirələrim var".
Bununla yanaşı, Klyosov Azərbaycan futbolunun özünəməxsus problemlərinin olduğunu vurğulayıb: "Orada fərqli mentalitetdir. Çoxlu qohumluq əlaqələri var. Klublarda xeyli qohum çalışır. Onlar bir-birini müdafiə edərək, lazım olanı etməyə imkan vermirlər. Azərbaycanda futbol yaxşı səviyyədə idi. Biz orada olarkən, ölkədə futbola böyük məbləğdə vəsait yatırılırdı. Ona görə də maraqlı idi".
Qeyd edək ki, İqor Klyosov "Bakı"da Aleksandr Starkovun baş məşqçi olduğu vaxt - 2011-ci ilin yanvarından 2012-ci ilin martınadək çalışıb.